Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bu gün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.
Partiyanın mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumatda buna səbəb kimi "təşkil edilən şikayət" göstərilib.
Məlumatda bildirilir:
"... təşkil olunmuş şikayətlər əsasında AY Partiyaya təzyiq göstərmək istəyirlər.
AY Partiya bəyan edir ki, bu hərəkətlərlə partiyanı, onun başqanını, funksionerlərini və üzvlərini siyasi fəaliyyətdən, yürüdüyü yoldan döndərmək mümkün olmayacaq".
Şərhlər