Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birləşmədən sonra hansı ad ilə fəaliyyət göstərəcəyi bəlli olub.
Qaynarinfo xəbər verir ki, ittifaqın yeni adı Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev tərəfindən təklif edilib. O yeni yaranacaq ittifaqın adının Azərbaycan Respublikası Kinematoqrafçılar Birliyi olmasını təklif edib. Bu təklif hər kəs tərəfindən dəstəklənib.
Qeyd edək ki, təklif olunan bu ad kino işçilərinin növbəti qurultayında qəbul olunacaq.
Bahar Rüstəmli
Şərhlər