Amerikalı reper Killer Mayk (əsl adı Maykl Santyaqo Render) üç "Qremmi" mükafatına layiq görüldükdən dərhal sonra saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Hollywood Reporter" məlumat yayıb.
Əvvəlcə mərasimin keçirildiyi "Crypto.com Arena" kompleksinin təhlükəsizlik işçisi Renderin saxlanmasının səbəbinin mükafatla heç bir əlaqəsi olmadığını deyib. Daha sonra Los-Anceles polisinin nümayəndəsi bildirib ki, reper əlbəyaxa davaya görə saxlanılıb.
O, polisə dindirilmək üçün aparılıb. Nəşrin mənbəsi hadisəni xuliqanlıq adlandırıb və əlavə edib ki, sənətçi tezliklə azadlığa çıxa bilər.
Aydın
Şərhlər