Xəbər lenti

Şamaxıda kənd icra nümayəndəsi: Kütləvi zəhərlənməyə səbəb tort olub (YENİLƏNİB)
Ölkə 11:08 17.07.2024

Şamaxıda kənd icra nümayəndəsi: Kütləvi zəhərlənməyə səbəb tort olub (YENİLƏNİB)

Şamaxıda toy zamanı kütləvi zəhərlənmənin səbəbi kimi evdə hazırlanan tort göstərilir.

Report-un Yuxarı Şirvan bürosuna Məlikçobanlı kənd icra nümayəndəsu Sənan Abdullayevin verdiyi məlumata əsasən, Ukraynanın Xarkov şəhərindən kəndə qonaq gələn ailə evdə qohumlar arasında yığıncaq təşkil ediblər.

Onun sözlərinə görə, bu zaman məclisdə qonaqlar üçün hazırlanan tort onların zəhərlənməsinə səbəb olub. S.Abdullayev bildirib ki, dərhal Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılan zəhərlənən qonaqlar həkim nəzarətinə götürülüb və müayinə olunublar.

Şamaxı rayon Mərkəzi xəstəxanasından isə "Report”-a bildirilib ki, artıq bütün xəstələrə ilkin tibbi yardım göstərilib və onların hamısı evə buraxılıb.
 
09:56

Şamaxıda baş verən hadisənin səbəblərinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalara başlanılıb.

Qurumdan Qaynarinfo-ya verilən xəbərə görə, hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün vətəndaşa məxsus həyətyani sahədə təşkil olunmuş toy mərasimində istehlak edilən müxtəlif qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

İlkin ehtimallara əsasən hadisə ev şəraitində hazırlanmış məhsulların istehlakı nəticəsində baş verib. Faktla bağlı araşdırmalar davam etdirilir.
 
09:19

Şamaxıda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Şamaxının Məlikçobanlı kəndində qeydə alınıb. 

İlkin məlumata görə, toyda iştirak edən 21 nəfər kəskin zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. 

10 yaxın sakin təcili tibbi yardım avtomobili ilə, digərləri isə xəstəxanaya özləri gəlib. 

Hazırda vəziyyətlərinin normal oldugu bildirilir. İlkin ehtimala görə, zəhərlənməyə toyda verilən tort səbəb olub. 

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->