Xəbər lenti

“Şamaxı”nın baş məşqçisi: “Müraciət etməyə adam yoxdur”
İdman 15:00 17.06.2022

“Şamaxı”nın baş məşqçisi: “Müraciət etməyə adam yoxdur”

"Şamaxı”nın taleyi hələ bilinmir. Klub prezidenti Zaur Axundov vəzifəsindən istefa verdikdən sonra komanda hələ ki, gözləmə mövqeyindədir. Növbəti mövsüm nə olacağı, hansı pillələr uğrunda çıxış edəcəyi hələ konkret müəyyənləşməyib.

Bununla bağlı Qaynarinfo-ya açıqlamasında "Şamaxı”nın baş məşqçisi Rüstəm Əliyev bildirib. O, qarşıdakı mövsümə hazırlığa hələ başlamadıqlarını deyib:

"Açığı, çoxdandı səs-səmir yoxdur. Bizdə vəziyyət qeyri-müəyyəndir. Hazırda bazamız "ASK Arena”dır. Hər gün işə gəlib-gedirik. Ancaq yeni rəhbərlik yoxdur deyə planımızı bilmirik. Köhnə rəhbərliyin dönəmində hər şeyi planlaşdırmışdıq. Ayın 20-dən hazırlıqlara başlamalı idik. Transferlər həyata keçirilməliydi. Gözləmə mövqeyindəyik. Müraciət etməyə adam yoxdur. Bir həftə bundən əvvəl köhnə rəhbərliyə müraciət etmişdik. Bizə yeni rəhbərin gəlməsini gözləməyimizi bildirdilər. Deyilənə görə üzümüzə gələn həftə yeni rəhbər gəlməlidir”.

Mütəxəssis heyətlə bağlı son durum haqda da danışdı: 

"Futbolçularla əlaqə saxlayırıq. Onlar qərarlarımızı gözləyir. Müqaviləsi bitənlər isə çox güman ki, gediblər. Felipe Santos qərar gözləyirdi, sonda "Qəbələ”yə getdi. Yalnız rəsmi olaraq Stanislav Namaşko ilə müqavilə imzalamışıq. O da gözləyir, gələcəkdə necə olacağını bilmir. Digər legionerlərin müqaviləsi isə yekunlaşıb. Yeni rəhbərlik gəlmədiyindən növbəti mövsüm hansı iddia ilə mübarizə aparacağımız haqda sizə heç nə deyə bilmərəm”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->