Xəbər lenti

Almaniyanın Yaşıllar Partiyasının bütün rəhbərliyi istefa verir
Dünya 13:50 25.09.2024

Almaniyanın Yaşıllar Partiyasının bütün rəhbərliyi istefa verir

Almaniyada hakim koalisiyaya daxil olan Almaniyanın Yaşıllar Partiyasının rəhbərliyi tam tərkibdə istefa verir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Focus" məlumat yayıb.

Qərara səbəb son vaxtlar seçkilərdə yaşanan uğursuzluqlar olub. Mətbuat konfransı zamanı Yaşılların nümayəndələrindən biri Omid Nuripur qeyd edib ki, Brandenburqda keçirilən səsvermənin nəticələri partiyanın ən böyük böhranı olub. O, dəyişikliklərin edilməsinin və yeni mərhələnin başlanmasının vacibliyini qeyd edib ki, bu da bütün federal icra şurasının istefaya getməsinə səbəb olub.

Bundan əvvəl Brandenburqda keçirilən seçkilərdə kansler Olaf Şoltsun rəhbərlik etdiyi Almaniya Sosial Demokrat Partiyası (SPD) qalib gəlib. Proqnozların əksinə olaraq SPD ifrat sağçı Almaniya üçün Alternativini üstələyib. Yaşıllar əyalət parlamentində yer qazanmaq üçün tələb olunan beş faizlik həddi aşa bilməyib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->