Xəbər lenti

Almaniya millisinin sabiq üzvü regional liqada oynayacaq
İdman 11:34 25.04.2024

Almaniya millisinin sabiq üzvü regional liqada oynayacaq

Bir dönəm Türkiyədə "Fənərbağça"nın da formasını geyinmiş, Almaniya millisinin sabiq futbolçusu Maks Kruze bir neçə ay əvvəl peşəkar karyerasını bitirsə də futbol oynamağa davam etmək niyyətindədir.

Qaynarinfo-nun məlumatına görə, o, Almaniyanın regional liqasında çıxış edən Berlin təmsilçisi "BSV Dersimspor"la anlaşıb.  Təcrübəli hücumçu yeni komandası ilə ilk rəsmi matçını "Spandauer Kickers III"ə qarşı keçirəcək. Komandanın baş məşqçisi Güvən Akpolat "Bild"ə açıqlamasında futbolçunun start "11-lik"də olacağını təsdiqləyib. O komandanı kapitan kimi meydana çıxaracaq. 

Almaniyada ənənəyə görə, yeni oyunçulardan ilk matçlarına bir qutu pivə gətirmələri gözlənilir. Baş məşqçi bildirib ki, Kruze spirtli içki qəbul etməsə də, komanda yoldaşları üçün bir qutu pivə gətirəcək. Ancaq onun paltardəyişmə otağına qəlyan gətirməsi qəti qadağan edilib. Bununla yanaşı klubdaxili qaydalara da əməl etməlidir. Məsələn futbolçu müəyyənləşdirilən qaydalara görə, o, hər dəfə məşqə gecikərsə, klubun kassasına 10 avro ödəməlidir. Bundan əlavə, Kruzenin kluba illik 150 avro töhfə verməsi gözlənilir. Üstəlik, Kruzenin transferi böyük marağa səbəb olub. Akpolatın dediyinə görə, futbolçu komandaya qoşulacağını açıqladıqdan bir gün sonra çoxlu sayda "Union Berlin" (Bundesliqa təmsilçisi) azarkeşi məşq meydançasına toplaşıb.

2020-21 mövsümündə "Fənərbağça"ya transfer olunan hücumçu Türkiyə klubundan qalmaqalla ayrılıb. O, maaşının verilmədiyini əsas gətirərək müqaviləsini birtərəfli qaydada pozub və FİFA-ya şikayət etdikdən sonra "Fənərbağça"dan təzminat almaq hüququ qazanıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->