Alla Puqaçova Ukraynadakı müharibəyə qarşı çıxdığı və əri Maksim Qalkindən sonra xarici agentlərin reyestrinə daxil edilməsi xahişi ilə Ədliyyə Nazirliyinə müraciət etdiyi postuna görə ordunu nüfuzdan saldığına görə yoxlanılır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Diqqət xəbərlər” layihəsi
yazır.
Telegram kanalının məlumatına görə, Moskva vilayətinin bir sakini Puqaçovanın yazısını oxuyub və polisə müraciət etmək qərarına gəlib, çünki onun fikrincə, Puqaçova Rusiya ordusunu təhqir edib.
O, müğənnini "xarici dəstək" alan qanunsuz fəaliyyətlərə, habelə RF Silahlı Qüvvələrinin gözdən salmağa yönəlmiş ictimai hərəkətlərə görə yoxlamağı xahiş edir. İşlə yerli polis məşğul olur.
Puqaçovanın müharibə əleyhinə yazısı dərc edildikdən bir gün keçməmiş 640 mindən çox bəyənmə toplayıb. Kreml Puqaçovanın sözlərini şərh etməkdən imtina etsə də, müğənninin bu hərəkəti Ukrayna Prezidentinin ofisində dəstəklənib.
Nizami Bağırov
Şərhlər