Xəbər lenti

Aksiyada səslənən 5 müraciətdən yalnız 2-si problemlə bağlı olub (FOTO)
Foto 17:54 10.10.2023

Aksiyada səslənən 5 müraciətdən yalnız 2-si problemlə bağlı olub (FOTO)

"Açıq mikrofon” aksiyasının Naftalan şəhərində keçirilən növbəti sayında ümumilikdə 5 nəfər mikrofon önünə çıxıb. Buna baxmayaraq cəmi 2 müraciət qaz təchizatında yaranmış problemlə bağlı olub. 

Belə ki, Vaqif Hüseynovla Xəyal İsmayılov ünvanlarına quraşdırılan qaz sayğacı ilə bağlı problemlərini səsləndiriblər. Birinci şəxs sağyacdakı nasazlıqdan şikayətləndiyi halda, digəri qaz sayğacının yerinin dəyişdirilməsini istəyib. 

Qalan 3 sakin isə problemlərinin vaxtında aradan qaldırılması baxımından operativ fəaliyyətə görə ölkə başçısı və SOCAR rəhbərliyinə minnətdarlığını bildirib. Aksiya bitdikdən sonra növbəti "Səyyar qəbul otağı”nın ünvanı bir daha diqqətə çatdırılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->