ABŞ-nin Kanzas ştatında yaşayan Azərbaycan əsilli iş adamı Yura Mişiyev dünyaca tanınmış müğənni Şakiranı oğlunun toyuna dəvət etmək istəyib.
Bu barədə Ölkə.Az-a danışan məlumatlı mənbə deyib ki, tərəflər Amerikanın məşhur havalandırma şirkətlərindən birinin rəhbəri olan Leysi Hovvardın vasitəçiliyi ilə əlaqə saxlayıb. İddiaya görə, toyda iştirak üçün Şakiraya 400.000 dollar təklif edilib və meneceri ilkin olaraq məbləğin 20 faizini öncədən istəyib.
"Daha sonra müğənninin menəceri bildirib ki, sənətçi mərasimə 400 minə deyil, 600 min dollara qatılacaq, eyni zamanda, ödənişin 50 faizi öncədən ödənilməlidir. Bundan sonra Yura Mişiyevin qardaşı Mamed Mişiyev işə qarışaraq Şakiraya olan dəvəti geri çeviriblər", - məlumatlı mənbə ölkə.az-a bildirib.
Qeyd edilir ki, sentyabr ayında baş tutacaq toy mərasiminin ulduz müğənnisi artıq müəyyənləşib. Belə ki, toy sahibi övladının şad günündə amerikalı pop ulduz Keti Perrini dəvət edib.
Şərhlər