Avropa İttifaqının Ədalət Məhkəməsi qərara alıb ki, şəxsin Əfqanıstan vətəndaşı olan qadın olması ona inteqrasiya birliyinin ərazisində siyasi sığınacaq almaq hüququ verir.
Qaynarinfo bu barədə "The Guardian"a istinadən xəbər verir.
Aİ məhkəməsinin qərarı iki əfqan qadının 2015 və 2020-ci illərdə Avstriyada sığınacaq verilməməsi ilə bağlı şikayətindən sonra verilib. Qadınlar əvvəlcə Avstriyanın Ali İnzibati Məhkəməsinə şikayət edib, sonra məhkəmə məsələni Aİ-nin ali məhkəmə orqanı olan Aİ Ədalət Məhkəməsinə göndərib.
Taliban 2021-ci il avqustun 15-də Əfqanıstan üzərində tam nəzarətin qurulduğunu elan edib. Hərəkat ölkənin bütün böyük şəhərlərini və sərhəd keçid məntəqələrini ələ keçirib. Ardınca yaraqlılar ölkədə tam qələbə qazandıqlarını elan edərək yeni hökumət qurublar.
25 iyun 2023-cü ildə Taliban Əfqanıstan qadınlarına "azad insanlar” statusunu qaytardıqlarını və onları şəriət qanunlarını pozmaqdan azad etdiklərini açıqlaylb. 28 avqust 2024-cü ildə Əfqanıstanda qadınlara ictimai yerlərdə yüksək səslə danışmaq qadağan edilib.
Aydın
Şərhlər