Avropa İttifaqında İsrailə silah tədarükünün dayandırılması məsələsində kəskin fikir ayrılıqları yaranıb. Bəzi ölkələr silahlandırılmanın dayandırılmasını istəyirlərsə, bir sıra Aİ dövlətləri onların artırılmasının tərəfdarıdır.
Qaynarinfo xəbər verir ki, bunu Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cozep Borrell Lüksemburqda Aİ xarici işlər nazirləri başçılarının görüşünə gələrkən deyib.
"Aİ-nin bir sıra ölkələri arasında silah tədarükünün dayandırılması məsələsində ciddi fikir ayrılıqları var, əksinə, bəziləri tədarükün artırılmasının tərəfdarıdırlar. Bunu müzakirə edəcəyik, amma həlli çətindir. Bu problem milli məsuliyyət olaraq qalır", deyə Borrel əlavə edib.
Aİ diplomatı konkret ad çəkməyib.
Aydın
Şərhlər