Şahzadə Harri Böyük Britaniyada daşınmaz əmlak almaqdan müvəqqəti imtina edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Kral insayderi şahzadə Harri və Meqan Marklın təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən ev almağı təxirə salmaq qərarına gəldiklərini bildirb. Sussex hersoqu və hersoqinyası 2020-ci ildə kral ailəsinin yüksək rütbəli üzvləri kimi istefa verdikdən sonra onlara verilmədiyi polis müdafiəsinin veriləcəyini gözləyir.
Aprel ayında şahzadə Harrinin Böyük Britaniya ilə münasibətlərini kəsdiyi məlum olub. Şirkətlər Evinin dərc etdiyi sənədlər kral III Çarlzın kiçik oğlunun yeni yaşayış yerinin ABŞ olduğunu göstərir. Münasibətlər üzrə ekspert Luella Alderson deyib ki, şahzadə Uilyam qardaşının qərarına mənfi reaksiya vermiş ola bilər.
İyun ayında bildirilib ki, şahzadə Harri Böyük Britaniyada ev və ya mənzil almağı düşünür, çünki dostları Meqan Markl ilə anlaşılmazlıqlar səbəbindən ABŞ-da onu ziyarət etməkdən imtina edirlər. Bundan başqa, Böyük Britaniya kralının kiçik oğlu Londona səfərləri zamanı artıq otellərdə qalmaq istəmir.
Aydın
Şərhlər