Xəbər lenti

Şahin Diniyev: “Nə edək, özümüzü asaq?”
İdman 09:36 05.04.2023

Şahin Diniyev: “Nə edək, özümüzü asaq?”

Azərbaycan Premyer Liqasında turnir cədvəlinin sonuncu pilləsində yer alan "Səbail” mövsümün sonuna qədər vəziyyətdən çıxmasa, Birinci Diviziona yuvarlanmaq təhlükəsi ilə üz-üzə qalacaq. Komandanın durumu hazırda ürəkaçan deyil. Bəs baş məşqçi Şahin Diniyev nə düşünür?

Mütəxəssis Qaynarinfo-ya açıqlamasında qarşıdakı planlardan və "Səbail”in durumundan danışıb.

"Səbail”lə bağlı deyiləsi bir şey yoxdur. Bütün fikrimizi növbəti oyuna yönəltmişik. Əlbəttə, sonuncu yerdə olmaq komandaya, futbolçulara təsir edir. Necə təsir etməyə bilər? Rəhbərliklə birlikdə əlimizdən gələn hər şeyi etməyə çalışırıq ki, bu vəziyyətdən çıxaq”.

Mütəxəssis bu durumun səbəbləri olduğunu, amma mətbuata açıqlama verə bilməyəcəyini dedi:

"Səbəblər var ki, komanda bu vəziyyətdədir. Amma bu səbəbləri mətbuata deyə bilmərəm axı. Nə edək, özümüzü asaq? Nə olacaqsa, olacaq. İnşallah, çalışarıq, belə bir şey olmasın”.

O, heyətdə və oyun üslubunda dəyişikliklər ola biləcəyini də söylədi:

"Məşqlərə başlamışıq. Hər komandaya qarşı müxtəlif oynayırıq. Ona görə də müxtəlif oyun üslubu gözlənilir. Heyətdə də dəyişikliklər ola bilər. Həftə ərzində keçirilən məşqlərə əsasən heyət qurulacaq”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->