Xəbər lenti

Şagirdlərə ictimai nəqliyyat pulsuz ola bilərmi? (AÇIQLAMA)
Ölkə 14:22 18.01.2023

Şagirdlərə ictimai nəqliyyat pulsuz ola bilərmi? (AÇIQLAMA)

"Hər bir məktəb üçün ayrıca avtobusların ayrılması çıxış yolu deyil, daha yaxşı variant şagirdlərin mövcud nəqliyyat vasitəsindən pulsuz istifadə etməsinə keçiddir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Milli Məclisin deputatı Etibar Əliyevin dövlət məktəblərində uşaqların daşınması üçün avtobusların ayrılması təklifinə münasibət bildirərkən deyib. Ekspert bildirib ki, bütün şagirdlərin avtobuslarla daşınması mümkün deyil:
 

 
"Ölkədəki 4432 orta məktəbdə 1,6 milyon şagird təhsil alır. Bakıda 320 məktəb mövcuddur və həmin məktəblərdə 470 min şagird oxuyur. Ölkə üzrə birinci sinifə gedənlərin sayı 165 min nəfərdir. Bakıda isə 28 mindir. Ən çox insan daşımasını metropoliten həyata keçirir, ayda 450 min sərnişin daşıyır. 

Hər hansı bir nəqliyyatı şagirdlərin daşınmasına cəlb etsək, heç bir halda istədiyimiz nəticəni ala bilməyəcəyik. Yeganə çıxış yolu şagirdlərin mövcud nəqliyyatdan pulsuz istifadənin təmin edilməsindən keçir. Müəyyən xətlər üzrə hər bir avtobusa kvota ayırmaq olar. Yola əlavə avtobusların daxil edilməsi isə hərəkət iştirakçılarının sayının süni şəkildə artırılması demək olacaq. Bütün şagirdlərin avtobuslarla daşınması mümkün deyil. Bu tıxac problemini daha da kəskinləşdirə bilər”. 
 
Qeyd edək ki, Milli Məclisin deputatı Etibar Əliyev özəl məktəblərdə olduğu kimi, dövlət məktəblərində də şagirdlərin daşınması üçün ayrıca avtobusların ayrılmasını vacib bilib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->