Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovun son durumu açıqlanıb.
Bu barədə "Report”a PFL-in media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.
Onun sözlərinə görə, qurum rəhbərinin vəziyyəti günü-gündən müsbətə doğru irəliləyir:
"Elxan müəllimin hazırda vəziyyəti çox yaxşıdır. Həkimlər bildirirlər ki, sağalma prosesi onların istədiyi formada gedir. Reabilitasiya mərhələsi yüksək səviyyədə davam edir”.
Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayonu ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi "Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Şərhlər