Əməkdar müəllim, xanəndə Qəzənfər Abbasovun oğlunun səhhəti qaydasına düşüb.
Bu barədə Qaynarinfo-ya xanəndənin özü deyib. Qəzənfər Abbasov bildirib ki, oğlu artıq xəstəxanadan evə buraxılıb:
"Artıq evdəyik. Oğlum həyata qayıdıb. Həkimlər uzun müddətli müalicə yazıb. Vəziyyətinin düzəlməsində zəhməti olan bütün həkimlərə təşəkkür edirəm”.
Qeyd edək ki, bir neçə gün öncə Qəzənfər Abbasovun oğlunun səhhətində problemlər yaranıb. Həkimlər ona ağ ciyərin infarkt tromboemboliyası diaqnozu qoyub.
Bahar Rüstəmli
Şərhlər