Afrikanın ən varlı adamı, Nigeriyanın ən böyük sənaye şirkətinin sahibi Aliko Danqote 2023-cü ildə 3,6 milyard dollar itirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "La Nouvelle Tribune" yazıb.
Nəşr qeyd edir ki, sahibkarın maliyyə itkiləri əsasən Nigeriya Mərkəzi Bankının milli valyuta - naira üçün vahid üzən məzənnə tətbiq etmək qərarı ilə bağlıdır. Bu addım nairanın 50%-dən çox dəyər itirməsinə səbəb olub və Alikonun demək olar ki, hamısı Nigeriyada olan sərvətini 18,7 milyard dollardan 15,1 milyard dollara endirib.
Aydın
Şərhlər