Xəbər lenti

Afrika ölkələrinin ümumi borcu açıqlandı
Dünya 16:45 18.08.2024

Afrika ölkələrinin ümumi borcu açıqlandı

Afrika dövlətlərinin ümumi suveren borcu 1 trilyon dollara çatıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Afrika İqtisadi Komissiyasının (UNECA) icraçı katibi Klaver Qatete bildirib.

Onun sözlərinə görə, Afrika ölkələrinin dövlət borcu 1 trilyon dollar səviyyəsinə çatıb. Dövlət borcu yüksək olan hər üçüncü Afrika ölkəsi hazırda ciddi maliyyə problemləri ilə üzləşir.

Qatete qeyd edib ki, Afrikanın artan borc yükü uzunmüddətli güzəştli maliyyələşdirmə, rəsmi inkişaf yardımı və birbaşa xarici investisiyaların azalması fonunda baş verir.

O əlavə edib ki, iqlim dəyişikliyinin təsirləri Afrikaya çox ciddi zərbə vurur və qitənin ÜDM-nin 5%-ə qədər illik məcmu itkilərə səbəb olur.

BMT-nin məlumatına görə, Zimbabve, Qana və Efiopiya hazırda ən çətin maliyyə vəziyyətindədir.

Dövlət borcunun artması təkcə Afrika ilə məhdudlaşmır.

IFF Qlobal borc monitorinqinin hesablamalarına görə, 2024-cü ilin birinci rübündə dünya ölkələrinin ümumi borcu 91,4 trilyon dollar təşkil edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->