Bu gün AFFA-nın inzibati binasında 2022-2023-cü il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib.
Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təltifetmə mərasimində iştirakçılara mövsümün yekunları, statistik göstəricilər və növbəti mövsüm üçün lisenziyalaşdırma qaydalarında gözlənilən dəyişikliklər barədə məlumat verilib. Növbəti mövsüm öncəsi AFFA İcraiyyə Komitəsi tərəfindən yeni qaydalar təsdiq ediləndən sonra edilmiş dəyişikliklərlə bağlı klublarla ətraflı treninqlər keçiriləcək.
Tədbirin sonunda növbəti mövsümdə çıxış etmək üçün lisenziya əldə etmiş klublar müvafiq lisenziyalarla təltif olunub.
Səbuhi Həsənov
Şərhlər