AFFA-nın ötən gün keçirilən hesabat konfransında İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşdi.
Təbii ki, yeniliklər oldu, fərqli insanlara müxtəlif təyinatlar verildi. AFFA-nın əvvəlki rəhbərliyində təmsil olunan bəzi şəxslər isə yeni tərkibdən kənarda qaldı ki, onlardan biri də Vaqif Sadıqovdur. Ötən günə qədər qurumda vitse-prezident vəzifəsini yerinə yetirən Sadıqov bundan sonra fəaliyyətini Məşqçilər Komitəsində davam etdirəcək.
O, Qaynarinfo-ya açıqlamasında dəyişikliklərə münasibətini bildirdi:
"Yeni rəhbərlik gəlib. Buna normal baxıram. Tamamilə qərar vermək hüququna malik olan yeni prezidentdir və güvəndiyi insanlara İcraiyyə Komitəsinin tərkibində görmək istəyirdi. Biz futbol adamları da həmişə futbolun içindəyik və əlimizdən gələn dəstəyi əsirgəməyəcəyik. Yeni prezidentə və İcraiyyə Komitəsinin üzvlərinə uğurlar arzulayıram".
O, fəaliyyətini Məşqçilər Komitəsində davam etdirəcəyini də söylədi:
"Məşçilər Komitəsində qalıb, fəaliyyətimi davam etdirməklə Azərbaycan futboluna töhfələrimizi verəcəyik. Komitənin fəaliyyətində hansı dəyişikliklər olacağına gəlincə, bunu dəqiq bilmirəm. AFFA rəhbərliyinə seçkilər hələ dünən başa çatıb. Yaxın vaxtlarda rəhbərliklə görüşüb peşəkar kimi yolumuza davam edəcəyik. Bundan sonra nə olacağını deyə bilmərəm".
Səbuhi Həsənov
Şərhlər