AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qaynarinfo-nun məlumatına görə iclasın Birinci Divizionun 13-cü turuna aid olunan hissəsində qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
"Şamaxı-2” – "Kəpəz-2” (Gəncə) oyununda Təcili Tibbi yardım maşınının gecikməsinə görə "Şamaxı-2” klubu 160 manat cərimə edilsin. (maddə 59.4)
"Şamaxı-2” – "Kəpəz-2” (Gəncə) oyununda polis nümayəndəsinin iclasa gecikməsinə görə "Şamaxı-2” klubu 40 manat cərimə edilsin. (maddə 62.2)
"Zaqatala” – "Turan Tovuz-2” oyununda "Zaqatala” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilsin (maddə 39.)
"İmişli” – "Sumqayıt-2” oyununda "İmişli” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilsin (maddə 39.)
"Qaradağ Lökbatan” – MOİK oyunu xərək daşıyanlarla təmin edilmədiyi üçün "Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilsin (maddə 64.1).
Səbuhi Həsənov
Şərhlər