Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib. Məhkəmədə tərəflər arasında barışığın əldə olunması ilə bağlı məlumat yayılıb.
Axşam.az-ın məlumatına görə, F.Kərimova məsələyə münasibət bildirib. O, çıxan xəbərləri təkzib edib.
"Bu xəbərin mənbəyi kimdir? Bağışlayan tərəf mənəmsə, mən bağışlamamışam", deyə, sənətçi paylaşımında yazıb. turbo az mercedes
Xatırladaq ki, tərəflərinin barışıq əldə etməsi ilə bağlı xəbəri APA yayıb.
Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib. Xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət olunub.
Şərhlər