"Afaq Bəşirqızı böyük səhv edir, o kimdir ki, ölkəni bakılıya-rayonluya bölür”.
Bunu Qaynarinfo-ya açıqlamasında Bakı Kəndlər Birliyinin Nəzarət Təftiş Komissiyasının sədri Məlahət Babayeva Xalq artisti Afaq Bəşirqızının qalmaqala səbəb olan açıqlamasına münasibət bildirərkən deyib.
Məlahət Babayeva bildirib ki, Afaq Bəşirqızının Bakının adından danışmağa heç bir əsası yoxdur:
"Biz onu yaxşı tanıyırıq, güc hardadırsa, Afaq Bəşirqızı da həmişə ordadır. Afaq Bəşirqızı bunu ona görə deməyib ki, guya Bakını sevir. Yox, bu, belə deyil. Hər yerin yaxşısı da var, pisi də. Afaq Bəşirqızı belə bir adamdır. Kimdən işi keçirsə,onu tərifləyir, belə-belə özünə karyera qurub. Əslində, Afaq bakılı da deyil”.
Məlahət Babayevanın fikirincə, Afaq Bəşirqızının bu çıxışının məqsədləri var:
"Görünür, nəsə almaq istəyir, yaxud da hansısa vəzifə keçir könlündən, ya da mandat umur. Ona görə də belə ifadələr işlədir, amma bunu xalqın böyük bir hissəsini aşağılamaqla etmirlər”.
Qeyd edək ki, Xalq artisti Afaq Bəşirqızı mətbuata müsahibəsində rayonluları aşağılayıb. O, "Evindən, rayonundan, şəhərindən qaçan insanlar necəsə internet üçün aylıq ödəniş etməyə, mobil telefona pul tapırlar, amma bir şey olmamış, deyirlər acıq”, deyə bildirib.
Bahar Rüstəmli
Şərhlər