"Parlament seçkilərinə namizədliklə bağlı təklif gəlsə, qəbul etmərəm. Mənim belə işlərə həvəsim yoxdur. Özüm sərbəst öz işlərimi görürəm. Sizə açıq etiraf edim, mənim parlamentin Mədəniyyət komitəsində olmağım 99,99% adamlara heç vaxt sərf etməz. Buna görə də istəmirəm".
Bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı deyib.
O, "Milli Məclisin Mədəniyyət komitəsinin fəaliyyətini necə dəyərləndirirsiniz?” sualına isə belə cavab verib:
"Çox pis. Nə deyim, vallah. Bilmirəm ki, bu, nə ilə bağlıdır. Mən orada deyiləm deyə, səbəbini bilmirəm. Deputatların sözlərinin keçmədiyini özləri etiraf etmələri həddindən ziyadə qəribədir. Deputatın sözü keçmirsə, bəs kimin sözü keçir? Bizim Nazirlik də müəyyən işlər görür, sadəcə, kömək lazımdır. Hər şey Mədəniyyət Nazirliyindən asılı deyil".
Şərhlər