Sizin yerli Avropa bankınız - AccessBank, müştəri məmnuniyyəti səviyyəsinin daim yüksək səviyyədə saxlanılması və sərfəli maliyyə xidmətləri təqdim etmək məqsədi ilə yerli valyutada müddətli əmanətlər üzrə faiz dərəcələrini 12%-dək yüksəltdi.
Yeni faiz dərəcələri Accessbank müştərilərinə öz yığımlarından daha çox gəlir əldə etməyə və maliyyə sabitliyini gücləndirməyə imkan verəcək.
Beləliklə, 6-24 ay müddətinə yerli valyutalı əmanətlər üzrə illik faiz dərəcəsi 12%-dək, xarici valyuta üzrə əmanətlər üzrə isə 4,5%-dək təşkil edir. Faiz dərəcəsi əmanətin müddətindən asılı olaraq dəyişir. Üstəlik, 18 və daha yuxarı aydan depozitlərə görə vergi də tətbiq edilmir.
AccessBank-da depozit yerləşdirməyin üstünlükləri:
* Tamamilə beynəlxalq səhmdarlara malik bankın müştərisi olursunuz.
* Sərfəli depozit faizi əldə edirsiniz.
* Banka yerləşdirilən depozitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.
Siz də pulunuzu AccessBank-a yatırın, gəlirinizi daha da artırın!
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən
kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir:
http://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin
www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (
Facebook,
Instagram,
LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Şərhlər