Abşeron rayonunun inzibati ərazisində yeni salınmış yaşayış məntəqəsinə ad verilməsi ilə bağlı vətəndaşlardan müraciət daxil olub.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu oktyabrın 23-də Milli Məclis yanında Toponimiya Komissiyasının iclasında Komissiyasının sədri, deputat İsa Həbibbəyli deyib.
O qeyd edib ki, müraciətdə həmin yaşayış məntəqəsinə "Şəfəq” adının verilməsi təklif olunur.
İclasda Abşeron rayonunun inzibat ərazisində salınmış yeni yaşayış məntəqəsinin "Şəfəq” adlandırılması məqsədəmüvafiq hesab olunub.
Şərhlər