"Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmir yolu üzrə tarifləri artırır.
"Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Dəmir Yollarının Sərnişin Daşıma departamentinin rəhbəri Azər Fərəcov deyib.
Onun sözlərinə görə, 25 sentyabrdan sərnişinlər minimum 0.40 AZN ödəməklə mənzilbaşına çatacaq ki, bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir.
Qurum rəsmisi qeyd edib ki, ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gedişhaqları məsafədən asılı olaraq 0.10–0.20 AZN arası artırılacaq.
Şərhlər