Xəbər lenti

Abramoviç
İdman 13:55 07.05.2022

Abramoviç "Çelsi"ni satdı

"Çelsi"in yeni sahibi nəhayət bəlli olub.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belə ki, Rusiya-Ukrayna müharibəsinə görə Roman Abramoviçin satışa çıxardığı İngiltərə komandası Todd Beylinin rəhbərlik etdiyi konsorsium tərəfindən 4,25 milyard funt-sterlinq qarşılığında alınıb. 

İnvestisiyadan 2,5 milyard funt-sterlinq klub səhmlərinin alınmasına sərf olunacaq. Bütün ödənişlər ödənişlər Abramoviçin əvvəllər öhdəlik götürdüyü kimi xeyriyyə təşkilatlarına veriləcək. Yeni rəhbərlik, həmçinin klub adından əlavə investisiyalar üçün 1,75 milyard funt-sterlinq ayıracaq.

Beləliklə, ümumi məbləğ 4,25 milyard funt-sterlinqə çatacaq. 

Britaniya nəhənginin yeni siması Todd Beyli idman dünyasına yad deyil. Amerikalı milyarder hələ 2019-cu ildə "Çelsi"ni almaq istəsə də cəhdi uğursuz alınmışdı. Beyli həm də Amerika beysbol komandalarından biri olan "Los Angeles Dodgers"in sahibidir. Milyarderin bu klubdakı payı 20% olsa da, onun idmana sərmayəsi bununla məhdudlaşmır. O, WNBA komandası "Los Angeles Sparks"ın qismən sahibidir. Bununla yanaşı milyarder NBA komandası olan "Los Anceles Leykers"in də paylarına sahibdir. Bir çox idman növlərinə səramyələr yatırmış iş adamı "Los Anceles Leykers”in 27%-ni almaqla diqqət çəkmişdi.

"Çelsi" Beylinin maliyyə yatırımı etdiyi ilk futbol klubudur. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->