Xəbər lenti

ABŞ səfiri ya prezidentdən üzr istəyəcək, ya da Uqandadan qovulacaq - General hədələdi
Dünya 11:57 05.10.2024

ABŞ səfiri ya prezidentdən üzr istəyəcək, ya da Uqandadan qovulacaq - General hədələdi

Uqanda Müdafiə Qüvvələrinin komandanı Muhuzi Kayneruqaba ABŞ səfiri Uilyam Poppdan prezident Yoveri Musevenidən "qeyri-diplomatik davranışına" görə üzr istəməsini tələb edib. Əgər səfir oktyabrın 7-nə kimi üzr istəməsə, onun ölkədən çıxarılması məsələsi qaldırılacaq

Qaynarinfo xəbər verir ki, general bu barədə X-da yazıb.

Müdafiə Qüvvələrinin komandanı izah edib ki, Uqandanın bir dövlət olaraq Birləşmiş Ştatlarla heç bir problemi yoxdur və narazılığa səfirin Uqandada fəaliyyət göstərən Milli Müqavimət Hərəkatının "hökumət əleyhinə işləmək" hesab etdiyi hərəkətləri səbəb olub. 

"Nile Post" qeyd edir ki, komandir 1986-cı ildən hakimiyyətdə olan hazırkı Uqanda prezidentinin oğludur. Nəşr yazır ki, ABŞ səfirinin konkret hansı hərəkətlərindən söhbət getdiyi məlum deyil.

"Kampala Post" xəbər verir ki, ABŞ-ın Kampaladakı səfirliyi yerli QHT-lər və müxalifət qrupları ilə əlaqə qurur, bunu bəziləri Uqandanın hazırkı hökumətini sarsıtmaq cəhdi kimi görürlər. ABŞ həmçinin Uqanda təhlükəsizlik rəsmilərinə, o cümlədən dörd yüksək rütbəli polis zabitinə qarşı sanksiyalar tətbiq edib və bu, iki ölkə arasında münasibətləri daha da gərginləşdirib.

ABŞ-ın Kampaladakı səfirliyi Uqanda hakimiyyətinin iddialarına hələlik münasibət bildirməyib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->