Birləşmiş Ştatlar Qara dəniz hadisəsindən sonra dron əməliyyatlarını qiymətləndirir, İHA marşrutlarını öyrənir və bölgədə Rusiya hərbçiləri ilə qarşıdurma riskini necə azaltmağa qərar verir.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN dörd ABŞ rəsmisinə istinadən
yazıb.
"ABŞ ordusu pilotsuz təyyarələrin marşrutlarını "diqqətlə öyrənir " və müntəzəm olaraq Krıma və Krımdan döyüş təyyarələri ilə uçan Rusiya qüvvələri ilə münaqişə riskini necə azaltmağın yollarını qiymətləndirir.Pentaqon Avropa Komandanlığından bu regionda gələcək müşahidə uçuşlarını əsaslandırmağı, xüsusən də riskləri qiymətləndirməyi xahiş etdi”.
Bildirilir ki, ABŞ qiymətləndirmə zamanı uçuşları tam dayandırmayıb. Hərbçilər eyni pilotsuz təyyarə modeli olan MQ-9 Reaper-i toqquşmadan qısa müddət sonra Qara dəniz üzərində təxminən eyni bölgədə missiya aparmaq üçün göndərib. Yeni PUA-nın missiyası qəza yerini araşdırmaq və Rusiyanın təyyarənin qalıqlarını tapmaq səylərini izləməkdir.
Rəsmilər həmçinin əlavə edib ki, ABŞ yaxın günlərdə Qara dəniz üzərində daha bir pilotsuz uçuş həyata keçirməyi nəzərdən keçirir.
Nəşrin həmsöhbətləri qeyd ediblər ki, bu, ümumilikdə dronların səciyyəvi iş qrafikinə uyğundur və dəyişə bilər.
Rəsmilər həmçinin bu missiyaların ümumi xərclərini və faydalarını təhlil edərək, hər hansı bir marşrutun potensial kəşfiyyat dəyərini Rusiya ilə eskalasiya riski ilə müqayisə etməyi planlaşdırır.
Xatırladaq ki, martın 14-də ABŞ Hərbi Hava Qüvvələri bəyanat yayaraq, Rusiyanın Su-27 qırıcısının Amerikanın MQ-9 Reaper kəşfiyyatına zərər verdiyini və ələ keçirmə zamanı Qara dəniz üzərində PUA-nı vurduğunu, nəticədə pilotsuz təyyarənin batmasına səbəb olduğunu bildirib.
Alpər
Şərhlər