Xəbər lenti

ABŞ Nigerdən çıxması fonunda Fil Dişi Sahilində hərbi baza açmaq istəyir
Dünya 23:34 01.05.2024

ABŞ Nigerdən çıxması fonunda Fil Dişi Sahilində hərbi baza açmaq istəyir

ABŞ-ın Afrika Komandanlığının (AFRICOM) rəhbəri general Maykl Lenqli Amerika qüvvələrinin Nigerdən çıxarılması fonunda Fil Dişi Sahili ərazisində Amerika hərbi bazasını açmağı ölkənin prezidenti Alassan Uattardan xahiş edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Jeune Afrique" jurnalı mənbələrə istinadən yazıb.

"Aprelin 28 və 29-da Abicanda olan AFRICOM rəhbəri Maykl Lenqli səfərindən istifadə edərək ABŞ hərbi bazasının açılmasını dəstəkləmək üçün prezident Alassan Uattara ilə danışıb", deyə jurnalı qeyd edir.

AFRICOM saytında verilən açıqlamaya görə, Lenqlinin Fil Dişi Sahili hakimiyyətinin nümayəndələri ilə görüşü dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinə həsr olunub. AFRICOM 2024-cü ildə 65 milyon dollardan çox vəsait ayıracaq ki, bunun da böyük hissəsi Fil Dişi Sahilinin şimalında terrorizmlə mübarizə və təhlükəsizliyin qorunması üçün nəzərdə tutulub.

Açıqlanan sənəddə həmçinin qeyd olunur ki, Fil Dişi Sahili Beynəlxalq Hərbi Təhsil və Təlim Proqramında iştirak edir və Afrika ölkələri arasında qarşılıqlı fəaliyyət göstərə bilən sülhməramlı imkanları inkişaf etdirmək məqsədi daşıyan ABŞ-ın dəstəklədiyi Qlobal Sülh Əməliyyatları Təşəbbüsünə töhfə verir.

Xatırladaq ki, martın ortalarında Niger hökuməti Birləşmiş Ştatlarla hərbi əməkdaşlıq sazişini dərhal dayandırdığını elan edib. Aprelin 26-da Pentaqonun sözçüsü Patrik Rayder ABŞ-ın Niger və Çaddan qoşunlarının əsas hissəsini çıxaracağını bildirib. O, həmçinin bunun müvəqqəti tədbir olduğunu vurğulayıb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->