Xəbər lenti

ABŞ Husilərə məxsus raket və PUA-nı məhv etdi
Dünya 13:50 30.08.2024

ABŞ Husilərə məxsus raket və PUA-nı məhv etdi

Ötən gün ərzində Amerika hərbçiləri Yəmən bölgəsində Husilərə məxsus raket və pilotsuz təyyarəni məhv ediblər, çünki onlar "açıq və dərhal təhlükə” yaradırdı.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında deyilir.

Hərbçilər müəyyən ediblər ki, bu aktivlər "ABŞ və koalisiya qüvvələri, eləcə də regiondakı ticarət gəmiləri üçün açıq və dərhal təhlükə yaradır".

"Hərəkətlər naviqasiya azadlığının qorunması və Amerika, koalisiya və ticarət gəmiləri üçün beynəlxalq suların daha böyük təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib", - komandanlıq bildirib.

Bildiyiniz kimi, 2023-cü ilin oktyabrında Qəzza zolağında müharibə başlayandan bəri husi yaraqlıları Qırmızı dəniz və Ədən körfəzində Amerika silahlı qüvvələrinə, ticarət gəmilərinə, onların ekipajlarına, eləcə də İsraildəki mülki əhaliyə hücum etmək üçün pilotsuz təyyarələr, ballistik və qanadlı raketlərdən istifadə ediblər.

Buna cavab olaraq, ABŞ və müttəfiqləri ticarət gəmilərini qorumaq üçün bölgəni patrul etməyə başlayıb. Yanvar ayında Aİ-nin xüsusi dəniz missiyası da orada fəaliyyətə başlayıb.

Xatırladaq ki, avqustun 22-də Aİ missiyası çərçivəsində Fransaya məxsus esmines Qırmızı dənizdə hücuma məruz qalan Yunanıstan bayrağı altında neft tankerindən 29 dənizçini xilas edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->