ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) yanvarın 27-nə keçən gecə Qırmızı dənizə atılmağa hazırlaşan Husilərə məxsus gəmi əleyhinə raketi vurduğunu bildirib.
Qaynarinfo xəbr verir ki, bu barədə "Avropa həqiqəti”
yazır.
Yəməndə husilərin nəzarətində olan ərazidə yerləşdirilən gəmi əleyhinə raketin "bölgədəki ticarət və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün dərhal təhlükə yaratdığı” iddia edilir.
"ABŞ qüvvələri daha sonra özünümüdafiə məqsədilə raketi vuraraq məhv edib. Bu hərəkət naviqasiya azadlığını qoruyacaq və beynəlxalq suları ABŞ Hərbi Dəniz Qüvvələri və ticarət gəmiləri üçün daha təhlükəsiz edəcək", - CENTCOM bildirib.
Xatırladaq ki, komandanlıq bir gün əvvəl həmçinin Amerikanın idarə olunan raket esminesi USS Carney-nin yəmənli husi üsyançılarının gəmiyə atdığı gəmi əleyhinə raketi məhv etdiyini bildirib.
Məlum olduğu kimi, Qırmızı dənizdə gərginlik İsraillə HƏMAS terror qruplaşması arasında münaqişənin başlamasından sonra artıb.
Qlobal dəniz ticarətinin yarısını təşkil edən Qırmızı dənizdə İranın dəstəklədiyi husilərin gəmilərə hücumları artıq bir çox ölkədə qiymətlərə təsir edib. İsrailin HƏMAS-a qarşı müharibəsinin nəticələrinin Yaxın Şərqdə sabitliyi poza biləcəyi ilə bağlı qorxular da artıb.
Media daha əvvəl məlumat vermişdi ki, ABŞ prezidenti Co Bayden administrasiyası Yəməndə husilərə qarşı uzunmüddətli hərbi kampaniya üçün planlar hazırlayır.
Alpər
Şərhlər