Toronto Universitetinin tədqiqatçıları tərəfindən aparılan və Communications Psychology jurnalında dərc edilən araşdırmaya görə, X sosial şəbəkəsi (əvvəllər "Twitter") emosional rifaha mənfi təsir göstərə bilər.
Qaynarinfo xəbər verir ki, ABŞ-da 252 istifadəçi üzərində aparılan bir araşdırma, X-dən istifadənin müsbət emosiyaların sürətlə azalması, qəzəbin artması, siyasi qütbləşmə və cansıxıcılıq hissləri ilə əlaqəli olduğunu göstərib. X bəzi istifadəçilər üçün aidiyyət hissini artırsa da, onları çox da məmnun etmir.
İstifadəçilərin X-i açmaq motivasiyası sosial şəbəkənin emosional rifaha təsirində mühüm rol oynayır. Problemlərin öhdəsindən gəlmək üçün platformadan istifadə edənlər rifahda daha az bal toplayıb və özlərini daha qəzəbli və bədbəxt hiss ediblər. Həmçinin X istifadəçiləri tez-tez özlərini daha tənha və cansıxıcı hiss edirlər.
Platformada istifadəçilərin vaxtının 74%-ni alan lentdə keçirərkən əhval-ruhiyyə daha tez pisləşib. Tədqiqatlar göstərir ki, İnternetdə müxtəlif fikirlərə məruz qalmaq istifadəçinin qütbləşməsini artırmır, əksinə exo-kamera effektini (Eko-kamera media nəzəriyyəsində qapalı sistem (partiya, həmfikirlər dairəsi, subkultura) daxilində mesajın ötürülməsi və ya təkrarlanması ilə müəyyən ideya və inancların gücləndirildiyi və ya gücləndirildiyi vəziyyəti təmsil edən bir anlayışdır-red.) gücləndsirə bilir.
Müəlliflər yazır ki, məlumatlar İlon Maskın Twitter-dəki dəyişikliklərindən əvvəl toplanmış olsa da, tədqiqatın nəticələri aktual olaraq qalır və geniş tətbiqi var.
Alimlər sosial mediadan daha diqqətli istifadə etməyi və əsəbləşirsinizsə, bundan çəkinməyi məsləhət görürlər.
Alpər
Şərhlər