"Gün ərzində 4-5 saat idman edirəm".
Bunu Qaynarinfo-ya açıqlamasında 82 yaşlı Xalq artisti Niyaməddin Musayev deyib. Sənətçi bildirib ki, idmana gedəndən özünü daha yaxşı hiss edir:
"İdman sağlamlıqdır, arzu edərdim ki, bütün insanlar idman etsinlər. Dövlətimiz sağ olsun, elə gözəl idman zalları tikdirib ki, baxırsan, ləzzət alırsan. Zallar hər şeylə təmin olunub. Bundan gözəl nə ola bilər? Gör nə gözəl sözdür, bədən tərbiyyəsi, yəni bədəni tərbiyyələndirmək. Adamlar yeyir kökəlir, nəticədə yaxşı görünmürlər. İdman isə insanları gözəl görünüşdə saxlayır”.
Niyaməddin Musayev əzələləri möhkəmləndirmək üçün üzgücülük, yüngül idman növlərinə üstünlük verdiyini vurğulayıb.
Bahar Rüstəmli
Şərhlər