Xəbər lenti

7 aylıq hamilə idmançı Paris Olimpiadasında iştirak etdi
İdman 12:43 30.07.2024

7 aylıq hamilə idmançı Paris Olimpiadasında iştirak etdi

Misirli qılıncoynadan Nada Hafiz 7 aylıq hamilə olduğun halda Parisdə keçirilən Yay Olimpiya Oyunlarında iştirak edir.

Qaynarinfo xəbər verir ki, Hafiz 1/8 final mərhələsində Cənubi koreyalı Çunq Hayonqa uduzaraq yarışdan uzaqlaşıb. Qadınlar arasında yarışın finalında onun həmyerlisi Sara Balzeri məğlub edən fransalı Manon Brunetin qalibi olub.

"Platformada iki iştirakçı görünsə də, əslində üç idi: Mən, rəqibim və doğulmamış körpəm. O və mən bir çox sınaqlardan keçdik - həm fiziki, həm də emosional, amma buna dəyərdi. Olimpiadanın 1/8 finalına yüksəlməyimizlə fəxr edirəm. Həyat yoldaşımın və ailəmin etimadı bu yerə çatmağıma kömək etdi", deyə Hafiz bildirib.

Əvvəllər Hafiz Rio-de-Janeyro və Tokioda keçirilən olimpiadalarda da iştirak edib, müvafiq olaraq 36 və 29-cu yeri tutub.

Qeyd edək ki, peşəkar idmanda belə hallar əvvəllər də olub. Məsələn, tennisçi Serena Uilyams 2017-ci ildə hamilə ikən Avstraliya Open çempionatının qalibi adını qazanıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->