Xəbər lenti

54 il sonra ilk: Haaland tarix yazdı
İdman 10:02 28.02.2024

54 il sonra ilk: Haaland tarix yazdı

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland 1970-ci ildən bəri İngiltərə Kuboku matçında penta-trik edən ilk oyunçu olub.

Qaynarinfo xəbər verir ki, norveçli futbolçu turnirin 1/8 finalının "Luton"la oyununda 5 qol vurub. Sonuncu dəfə 1970-ci ildə Corc Best İngiltərə Kuboku matçında beş və ya daha çox qol vurmağı bacarıb.

Oyun "şəhərlilər"in 6:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində Pep Qvardiolanın komandası turnirin 1/4 finalına yüksəlib. Bundan əvvəl "Koventri" və "Lester" 1/4 finala çıxıb. Mərhələnin bütün iştirakçıları fevralın 29-da müəyyənləşəcək.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->