Xəbər lenti

30 yaşlı futbolçuya xərçəng diaqnozu qoyuldu
İdman 15:39 28.07.2023

30 yaşlı futbolçuya xərçəng diaqnozu qoyuldu

Münhenqladbax "Borussiya"sının 30 yaşlı oyunçusu Stefan Laynerə limfa xərçəngi diaqnozu qoyulduğu açıqlanıb.

Qaynarinfo-nun məlumatına görə, bu barədə klub rəsmi məlumat yayıb.

Bundesliqa təmsilçisinin açıqlamsında "Stefan Lainer bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq. 30 yaşlı sağ cinah müdafiəçisinə tibbi müayinədən sonra limfa xərçəngi diaqnozu qoyulub. O, bir neçə ay müalicə alacaq. Hamımız sənin arxandayıq, Stivi. Xərçəng çox erkən aşkarlanıb və dərmanla müalicə oluna bilər. Tam sağlamlığı bərpa etmək şansları son dərəcə yüksəkdir və peşəkar idman da daxil olmaqla normal həyat hələ mümkün ola bilər. Biz Stivi mümkün olan ən yaxşı müalicə ilə təmin etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik” - sözləri yer alıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->