Balakən şəhərində çayxanada 3 manatdan "duraki" oynayan iş yoldaşları 3 min manat cərimələniblər.
Qaynarinfo-nun məlumatına görə, hadisə Balakən şəhəri Səttar Gözəlov küçəsində yerləşən "Seymurun kafesi"ndə baş verib.
Belə ki, iş yoldaşı olan 5 nəfər kafeyə gəlib və obyektin ikinci mərtəbəsinə qalxaraq, çay sifariş veriblər. Bir neçə dəqiqə sonra kafeyə polis əməkdaşları gələrək, 5 nəfərin qumar oynadıqlarını müəyyən ediblər.
Məhkəmənin qərarı ilə həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib, Balakən Rayon Polis Şöbəsində saxlanılan oyun ləvazimatı, qumara qoyulmuş 3 manat pul dövlət nəfinə müsadirə edilməklə hər biri 3000 manat miqdarında cərimə edilib.
Əhməd
Şərhlər