23 parlamentin spikeri ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Mayk Consonu Senatda qəbul edilmiş və Ukraynaya yardım üçün 60,06 milyard dollar vəsait ayrılmasını nəzərdə tutan qanun layihəsini müzakirəyə təqdim etməyə çağırıb.
Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir ki, nüraciətin təşəbbüskarı olan Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk bu barədə öz "Facebook" səhifəsində məlumat
verib.
Qanun layihəsi indi Nümayəndələr Palatasındadır və prosedur qaydalarına əsasən, Consonun onu təqdim etmək səlahiyyəti var.
Parlament spikerləri Consonu ABŞ Konqresinə Amerikanın xarici yardımını təmin edəcək və Ukraynanı mübarizəni davam etdirmək üçün lazımi vəsaitlə təmin edəcək tarixi qərarın qəbuluna kömək etməyə çağırıblar.
"Ölkələrimiz Ukraynaya və onun Müdafiə Qüvvələrinə dəstəyi daha da artırmağa sadiqdirlər, bunu fərdi və kollektiv təhlükəsizliyimizə əhəmiyyətli sərmayə kimi görürlər. Şər oxu məğlub edilməli və bütün günahkarlar məsuliyyətə cəlb edilməlidir ki, bu da gələcək münaqişələrin qarşısının alınması üçün əhəmiyyətli olacaq və xalqlarımıza nəzarət və təhlükəsizlik hissini bərpa edəcək", deyə məktubda qeyd edilir.
Məktubu Almaniya, Polşa, Çexiya, Litva, Şimali Makedoniya, İspaniya və digər ölkələrin parlamentlərinin spikerləri imzalayıblar. Məktub ona qoşulmaq istəyən digər parlament spikerlərinin imzası üçün açıq qalır.
Nizami Bağırov
Şərhlər