Xəbər lenti

Ölkə 15:15 28.11.2022

"22 milyon manat ödəmişəm, başqa nə etməliyəm?” – Rasim Məmmədov

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə "Baku Steel Company” MMC-nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Qaynarinfo xəbər verir ki, prosesdə vəkillər Pərviz Məmmədov və Zibeydə Sadıqova müdafiə çıxışı etməli idilər. Lakin onlar çıxışa hazır olmadıqlarını bildirirək bir sıra vəsatətlər qaldırıb. Həmin vəsatətlərdə məhkəmə istintaqının yenilənməsi, iş materiallarında olan iki flaşkarta, Rasim Məmmədovun qeyd dəftərçəsinə və gömrük sənədlərinə baxış keçirilməsi istənilir. 

Dövlət ittihamçısı Orxan Səmədov isə hakimdən vəsatətlərin rədd ediməsini istəyib. O fikrini müdafiə tərəfinin dediklərinin məhkəmə üçün yeni bir məlumat olmaması ilə əsaslandırıb. 

Hakim vəsatətləri təmin etməyib.

Bundan sonra Rasim Məmmədov çıxış edib. O, ittihamları qəbul etmədiyini, günahsız olduğunu və bunu nə vaxtsa sübuta yetirəcəyini iddia edib. "Prokuror deyir ki, guya 185 milyon pul götürmüşəm. 185 milyon böyük məbləğdir, qazanılası pul deyil axı. Adamı bu vəziyyətə gətirmək olmaz. Tutulandan bir müddət sonra həm özümün, həm atamın evini satıb zavodun 22 milyon manat borcunu ödəmişəm. Mən başqa nə etməliyəm, hər şeyimi vermişəm, özüm də gedib 15 il yatmalıyam?”

Bundan sonra məhkəmə dekbarın 5-nə təxirə salınıb. "Baku Steel Company”nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->