Qlobal doğuş nisbəti sürətlə aşağı düşür. Dünya ölkələrinin 97%-nin əhalisi 21-ci əsrin sonuna qədər azalacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "MedicalXpress" "Lancet"in araşdırmasına istinadən xəbər verir.
"Lancet"də yüzlərlə tədqiqatçıdan ibarət beynəlxalq komandanın araşdırmasına görə, dünya ölkələrinin yarısında doğum nisbətləri onların əhali sayını dəstəkləmək üçün çox aşağıdır.
2050-ci ilə qədər ölkələrin 75%-nin əhalisi azalacaq. Əsrin sonunda bu, ölkələrin və ərazilərin 97%-i üçün keçərli olacaq. 2100-cü ildə yalnız Samoa, Somali, Tonqa, Niger, Çad və Tacikistanda öz əhalisini əvəz etmək üçün kifayət qədər doğuş səviyyəsi olacağı gözlənilir.
Bu tendensiyanın nəticələri 21-ci əsrdə dünya iqtisadiyyatını və beynəlxalq güc balansını tamamilə yenidən formalaşdıran heyrətamiz sosial dəyişikliklərə səbəb ola bilər. Bəzi alimlərin fikrincə, immiqrasiyaya güvənmək iqtisadi artımı qorumaq üçün zəruri olacaq.
Bununla belə, Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri proqnozlarda ehtiyatlı olmağa çağırıblar. Yeni araşdırmanın müəlliflərinin hesablamalar üçün istifadə etdikləri modellər qeyri-kamildir. Ona görə də proqnozlar dəyişə bilər. Qlobal əhalinin azalmasının ətraf mühitə və ərzaq təhlükəsizliyinə də faydaları var.
Aydın
Şərhlər