Xəbər lenti

2024-cü ildə bu futbolçunun dəyəri 29 milyon avro artıb
İdman 09:45 02.04.2024

2024-cü ildə bu futbolçunun dəyəri 29 milyon avro artıb

"Mançester Yunayted"in yarımmüdafiəçisi Kobbi Maynu 2024-cü ildə dünyanın ən sürətlə bahalaşan futbolçusu olub. 

Qaynarinfo xəbər verir ki, "Transfermarkt" "Telegram" kanalında ən çox bahalaşan və ən çox dəyər itirən futbolçuların reytinqləri açıqlanıb.

Bildirilir ki, Maynunun transfer qiyməti bir il ərzində 29 milyon avro bahalaşıb. Dəyərində ən çox artım olan oyunçular reytinqində ikinci yerdə bazar dəyəri 1,5 avrodan 25 milyon avroya yüksəlmiş "Barselona"nın 17 yaşlı müdafiəçisi Pau Kubarsi qərarlaşıb. Üçüncü yeri qiyməti 2 milyon avrodan 25 milyon avroya yüksələn "Bavariya"nın 19 yaşlı yarımmüdafiəçisi Aleksandar Pavloviç tutur.

Ən çox dəyər itirən futbolçu "Bavariya"nın müdafiəçisi Coşua Kimmix olub. Onun qiyməti 75 milyon avrodan 60 milyon avroya düşüb. 

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->