2022-ci ilin ən çox qol vuran futbolçuları müəyyənləşib.
Qaynarinfo "Transfermarkt"a istinadən xəbər verir ki, ilin ən sərrast futbolçusu Kilian Mbappe olub. PSJ və Fransa yığmasının ulduzu klubla millidəki 56 oyunda 56 dəfə fərqlənib.
İkinci pillədə Erlinq Holand qərarlaşıb. Futbolçu "Mançester Siti", "Borussiya Dortmund" və Norveç millisindəki 43 matçda 46 dəfə rəqib qapılarına yol tapıb.
İlk "üçlüy"ü Robert Levandovski qapayır. O, "Bavariya", "Barselona" və Polşa millisində keçirdiyi 51 oyunda 42 dəfə qol sevinci yaşayıb.
1. Kilian Mbappe - 56 matç, 56 qol
(PSJ 44/43, Fransa 12/13)
2. Erlinq Holand - 43 matç, 46 qol
(Mançester Siti 27/21, Borussiya Dortmund 10/14, Norveç 9/8)
3. Robert Levandovski - 51 matç, 42 qol
(Bavariya 20/21, Barselona 18/20, Polşa 4/10)
4. Mehdi Taremi - 53 matç, 37 qol
(Portu 34/46, İran 3/7)
5. Kristofer Nkunku - 58 matç, 37 qol
(Leypstiq 37/50, Fransa 0/8)
6. Lionel Messi - 51 matç, 35 qol
(Argentina 18/14, PSJ 17/37)
6. Rikardo Qomeş - 51 matç, 35 qol
(Partizan 5/51)
8. Harri Keyn - 62 matç, 35 qol
(Tottenhem 30/49, İngiltərə 5/13)
9. Amahl Pellegrino - 46 matç, 34 qol
(Bodo/Qlimt 34/46)
10. Kərim Benzema - 39 matç, 33 qol
(Real 32/36, Fransa 1/3)
11. Sadio Mane - 60 matç, 33 qol
(Liverpul 14/26, Bavariya 11/23, Seneqal 8/11)
12. Neymar - 43 matç, 32 qol
(PSJ 25/35, Braziliya 7/8)
13. Vissam Ben Yedder - 48 matç, 30 qol
(Monako 29/45, Fransa 1/3)
14. Kodi Qakpo - 56 matç, 29 qol
(PSV 24/46, Niderland 5/10)
15. Məhəmməd Salah - 60 matç, 29 qol
(Liverpul 25/50, Misir 4/10
16. Darvin Nunez - 50 matç, 26 qol
(Benfika 16/19, Liverpul 9/21, Uruqvay 1/10)
17. Qonçalo Ramos - 51 matç, 26 qol
(Benfika 22/46, Portuqaliya 4/5)
18. Oliver Jiru - 52 matç, 26 qol
(Milan 19/42, Fransa 7/10)
19. Lautaro Martines - 58 matç, 26 qol
(İnter 22/47, Argentina 4/11)
20. Aleksandr Katai - 49 matç, 25 qol
(Srvena Zvezda 25/49)
Aydın
Şərhlər