Məşhur "FourFourTwo” nəşri 2000-ci illərdə yığmalarda çıxış edən ən yaxşı futbolçuların reytinqini açıqlayıb.
Qaynarinfo-nun məlumatına görə, 2000-2009-cu illəri əhatə edən araşdırmada milli səviyyəsində çıxış edən ən yaxşı futbolçular müəyyənləşdirilib. Siyahıda ilk yer braziliyalı əfsanə Ronaldinyoya verilib. Fransa millisinin sabiq futbolçusu Zinəddin Zidan ikinci, digər braziliyalı Kaka isə üçüncü pillədə yer alıb.
Həmin tarixdə milli səviyyəsində ən yaxşı futbolçuların siyahısına braziliyalı Ronaldinyo başçılıq edir. Fransa millisinin sabiq yarımmüdafiəçisi Zinəddin Zidan ikinci, digər braziliyalı Kaka üçüncü sırada yer alıb. Sözügedən illəri əhatə edən araşdırmada portuqaliyalı Ronaldo və argentinalı superulduz Lionel Messiyə də yer verilib. Ronaldo altıncı yerdə qərarlaşıbsa, Messi ilk "10-luğ"u qapayan oyunçu olub.
Siyahı aşağıdakı kimidir:
Ronaldinyo (Braziliya)
Zinəddin Zidan (Fransa)
Kaka (Braziliya)
Andres İnyesta (İspaniya)
Xavi (İspaniya)
Kriştiano Ronaldo (Portuqaliya)
Ronaldo (Braziliya)
Rio Ferdinand (İngiltərə)
Andrea Pirlo (İtaliya)
Lionel Messi (Argentina)
Səbuhi Həsənov
Şərhlər