Azərbaycan Xalq Partiyası (AXP) parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, partiya bu seçkidə 6 nəfər üzvlə iştirak edəcək. Onlar aşağıdakılardır:
1. 48 saylı 1-ci Abşeron Seçki Dairəsi- Məzahir İsrayılov
2. 67 saylı Sabirabad Seçki Dairəsi - Qiyas Sadıqov
3. 68 saylı Sabirabad-Şirvan Seçki Dairəsi - Pənah Hüseyn
4. 70 saylı Neftçala Seçki Dairəsi - Həmzəyev Mircəlal
5. 99 saylı Bərdə Seçki Dairəsi - Mübariz İsmayılov
6. 119 saylı Ağdam Seçki Dairəsi - Hüseyn Behbudov.
Bəs, 10 mindən yuxarı üzvü olan Azərbaycan Xalq Partiyası niyə seçkiyə 6 nəfər üzvlə gedir? AXP sədri Pənah Hüseyn Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu, partiyanın İdarə Heyətinin seçkilərlə bağı keçirdiyi ilk toplantısında verilən qərardır:
"Qarşıdakı günlərdə İdarə Heyəti yenidən toplanacaq. Güman edirəm ki, həmin toplantıda namizədlərin siyahısı artacaq. Siyahı artdıqca onu mətbuata açıqlayacağıq".
Bahar Rüstəmli
Şərhlər