Xəbər lenti

Zümrüd Ağayevaya yeni təyinat
İdman 10:10 29.07.2024

Zümrüd Ağayevaya yeni təyinat

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Qaynarinfo milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Albaniyada yerli "Partizani" və Gürcüstanın "İberia" komandaları arasında keçiriləcək Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, avqustun 1-də Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->