Xəbər lenti

Zelenskinin ofisi Xalq artistimizin keçmiş arvadına Avropada qadağa qoyulmasını tələb edir
Dünya 14:35 03.08.2024

Zelenskinin ofisi Xalq artistimizin keçmiş arvadına Avropada qadağa qoyulmasını tələb edir

Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak opera müğənnisi Anna Netrebkonun Avropada səhnəyə buraxılmamasını tələb edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb.

Netrebkonun iştirak edəcəyi gözlənilən Roma Operasında Cakomo Puççini tərəfindən qarşıdan gələn Toska əsəri ilə bağlı xəbərlərə Yermak belə cavab verib. Zelenskinin ofisinin rəhbəri konserti ləğv etməyi tələb edib:

"Rusiyalı soprano Anna Netrebko Roma operasının səhnəsinə qayıdacaq. Bu, 2012-ci ildə seçkilərdə Putinin etibarlı siması olan, 2014-cü ildə Donetskə gələrək əlində "Yeni Rusiya"nın bayrağını tutan mədəniyyət xadimidir. O, rejimin qulluqçusu idi. Və birdən Avropa səhnəsinə qayıdır. Rusiya bizim insanlarımızı öldürür, uşaqları qaçırır. İndi çox vacibdir ki, rus mədəniyyət xadimlərinin sivil dünyada pul qazanmaq imkanları olmasın və rus mədəniyyətini Avropaya və Qərbə çatdırmağa davam edə bilməsinlər. Netrebko Avropada çıxış etməməlidir. Onun və onun kimilərin indi yeganə yeri Moskvadakı operadır. Mən bütün əlaqədar şəxsləri və müttəfiqlərimizi reaksiya verməyə çağırıram".

Bir gün əvvəl məlum olub ki, Netrebko 2019-cu ildən bəri ilk dəfə ABŞ-da çıxış edəcək.

Qeyd edək ki, Rusiyanın Xalq artisti Anna Netrebko Azərbaycanın Xalq artisti Yusif Eyvazov keçmiş həyat yoldaşıdır. Onlar bir müddət əvvəl boşanıblar.

Cütlük dostluq münasibətlərini davam etdirir, birlikdə tamaşalarda səhnəyə çıxır. Onların ayrılmasından sonra gündəmə gələn mövzu isə əmlak bölgüsü olub. Rus mediası bütün mülkün Annaya qalacağını yazıb. Belə ki, cütlük nikahdan əvvəl müqavilə bağlayıb: "Vyana, Avstriya müqaviləsində qadının bütün hüquqları var. Boşandıqdan sonra bütün əmlak onun adında qalacaq".

"StarHit" nəşri ikilinin ayrılma səbəbini açıqlayıb. Cütlüyə yaxın mənbədən nəşrə bildirilib ki, Yusif Eyvazovla Anna Netrebkonun ayrılmasına aralarındakı uzaq məsafə səbəb olub:

"Bu, zaman məsələsi idi, çünki onlar son vaxtlar müxtəlif ölkələrdə yaşayırlar. Yusif Eyvazov Azərbaycan Akademik Opera və Balet Teatrının direktorudur, Bakıda çox işləyir, Anna isə daim Vyanadadır. Münasibətləri sadəcə olaraq yox oldu, hər şey öz-özünə baş verdi".

Onu da qeyd edək ki, uzun illər əvvəl Anna uruqvaylı tenor Ervin Şrott ilə vətəndaş nikahına daxil olub. Bu münasibət 6 il davam edib. Ervindən müğənninin Tiaqo adlı bir oğlu dünyaya gəlib. Cütlüyün övladı autizm xəstəliyindən əziyyət çəkir. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->