Xəbər lenti

Yaşar Gülər:
Siyasət 15:39 12.08.2023

Yaşar Gülər: "KAAN” döyüş təyyarəsi ilə bağlı Azərbaycanla razılıq əldə etmişik”

"Yerli istehsallı "KAAN” döyüş təyyarəsi ilə bağlı Azərbaycanla razılıq əldə etmişik”.

Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər "A Haber”ə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə bu məsələ ilə bağlı digər ölkələr, o cümlədən Pakistanla razılıq əldə edəcək:

"F-15-ləri bizə vermədilər. Beləliklə, bizi öz təyyarəmizi istehsal etməyə sövq etdilər. Belə demək mümkünsə, əslində bizə yaxşılıq etdilər”.

Nazirin sözlərinə görə, dost və qardaş ölkələr "KAAN”la bağlı layihəyə ortaq olmaq üçün çalışır.//Report.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->